Avropa Birliyi rəsmisi söz verdi

Avropa Birliyi rəsmisi söz verdi
  28 May 2013    Oxunub:1449
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Ketrin Eştonun sözlərinə görə, Avropa Birliyi (AB) Suriyaya qarşı silah embarqosu məsələsini avqustun 1-dək həll edəcək.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, daha əvvəl bildirilirdi ki, AB-nin hər bir üzvünün qərar vermək hüququ olduğu üçün ölkələr Suriyaya qarşı silah embarqosunun ləğvi barədə razılaşa bilməmişdilər. Eştonun sözlərinə görə, hazırkı mərhələdə AB üzvləri Suriya müxalifətini hərbi texnika ilə təmin etməyəcəklər.

İngiltərənin xarici işlər naziri Vilyam Heyq daha əvvəl söyləmişdi ki, Suriyaya qarşı qoyulan silah embarqosunun uzadılması barədə AB ölkələrinin razılıq əldə etməmələri əslində onun ləğvini göstərir. Onun sözlərinə görə, Suriyaya qarşı tətbiq olunan yerdə qalan sanksiyalar uzadılacaq.

Suriyaya qarşı silah embarqosunun müddəti mayın 31-də bitir.

AzVision.az


Teqlər:  





Xəbər lenti