“Bizə mayonez yox, bint göndərin” - Nepal prezidenti
O, qeyd edib ki, aprelin 25-də ölkədə baş verən dağıdıcı zəlzələdən sonra evini 2,8 milyondan çox insan tərk etmək məcburiyyətində qalıb: “Təkrar zəlzələ qorxusunun olmasına baxmayaraq, bir çoxları öz evlərinə qayıtmağa başlayıb. Katmandunun 10 mindən çox insanın sığınacaq yerinə çevrilən mərkəzi parklarından birində indiyə qədər 2,5 min nəfər adam qalıb”.
Bu arada Nepalın Daxili İşlər Nazirliyinin rəsmisi zəlzələdən bir həftə vaxt keçdiyini və artıq ümidlərinin qalmadığını bildirib.
Xatırladaq ki, Nepalda baş vermiş zəlzələdə ölənlərin sayı 6 mini, yaralıların sayı isə 14 mini keçib. Tibbi yardım çatışmır.