ABŞ-da kütləvi həbslər davam edir

ABŞ-da kütləvi həbslər davam edir
  02 May 2015    Oxunub:1848
ABŞ polisi Baltimor şəhərində baş verən qarşıdurmalarla əlaqədar olaraq 38 nəfəri saxlayıb.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə polis rəsmisi Cerron Cekson jurnalistlərə açıqlamasında bildirib.

Polis rəsmisi eyni zamanda 15 nəfərin isə komendant saatını pozduqlarına saxlanıldığını da açıqlayıb.

Qeyd edək ki, aprelin 28-i Baltimorda baş verən kütləvi iğtişaşlarda soyğunçuluq və polislərə qarşı zorakılıq halları baş verib. Bir neçə böyük ticarət mərkəzi qarət olunub, 15 polis əməkdaşı yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır.

Baltimor əhalisi qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılması zamanı həyatını itirməsinə etiraz əlaməti olaraq küçələrə çıxıb. Nümayiş sonradan iğtişaşlar və qarşıdurmalarla nəticələnib.

Şəhərdə fövqəladə vəziyyət və komendant saatı rejimi elan edilib, məktəblərdə məşğələlər dayandırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti