AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda keçirilən aksiyada 136 nəfər saxlanılıb.
Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Polisin müdaxiləsi ilə İstanbulun məşhur Taksim meydanına toplanmaq istəyən etirazçıların qarşısı alınıb.
Bəziləri isə aksiyaya Karl Marksın “Kapital” kitabı ilə qatılıb və “Das Kapital” oxuyun” deyə şüarlar səsləndirib.
Vaş verənlər İstanbulda olan turistlərin də işini çətinləşdirib. Belə ki, Taksim meydanı bağlı olduğundan turistlərin gəzinti planları alt-üst olub.
Fatimə Kərimli