Zəlzələdə ölənlərə görə 1400 dollar veriləcək

Zəlzələdə ölənlərə görə 1400 dollar veriləcək
  01 May 2015    Oxunub:1390
Nepal hökuməti aprelin 25-i baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin ailəsinə 100 min Nepal rupisi və dəfn mərasimi üçün isə 40 min rupi verəcəyini açıqlayıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Bu barədə müvafiq qərar hökumətin bu gün keçirilən iclası zamanı qəbul edilib. Bundan əlavə zəlzələ nəticəsində evləri dağıdılan şəxslərə 25 min rupi (250 dollar) verilməsi barədə qərar qəbul edilib.

Nepalda aprelin 25-də baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 204 nəfərə çatıb, xəsarət alanların sayı 14 000 nəfəri ötüb.

Bundan əvvəl 5844 nəfərin öldüyü, 11 175 nəfər xəsarət alıdığı bildirilib. BMT-nin məlumatına əsasən zəlzələ Nepalın 28 milyonluq əhalisinin 8 milyonuna təsir edib.

Ölənlərin sayının 10 mini keçəcəyi istisna olunmur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti