Sarkisyanın ABŞ səfərinin “pərdəarxası”

Sarkisyanın ABŞ səfərinin “pərdəarxası”
  01 May 2015    Oxunub:2349
Obama “soyqırım”ın 100 illiyinə dəvət edilib
Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ-a səfərinin bəzi detalları açıqlanıb. Bu barədə AzVision.az Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir.

“Bizim məlumatlarımıza görə, ABŞ prezidenti Barak Obamaya 7-9 may tarixlərində Vaşinqtonda “erməni soyqırım”nın 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etməklə bağlı dəvət göndərilib. Obamanın bu dəvətə müsbət cavab verib-verməyəcəyi barədə isə məlumat yoxdur”, - deyə qəzet öz mənbələrinə istinadən bildirir.

Nəşr vurğulayır ki, Serj Sarkisyanın ABŞ-a səfəri zamanı rəsmi görüşlərin keçirilməsi planlaşdırılmır: “Əslində Sarkisyan ABŞ-a erməni icması ilə münasibətləri normallaşdırmağa və Ermənistana bəzi maliyyə, investisiyaların cəlb olunması üçün gedir. Məsələ burasındadır ki, dünyada ən böyük erməni icmalarından biri olan ABŞ-ın erməni icmasının hazırkı Ermənistan rəhbərliyi ilə əlaqələri olduqca pisdir. Ermənistanın sabiq baş naziri, hazırda bu ölkənin ABŞ-dakı səfiri Tiqran Sarkisyan isə mövcud vəziyyəti dəyişə bilmir”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti