Prezident Putinin dəvətini rədd etdi

Prezident Putinin dəvətini rədd etdi
  01 May 2015    Oxunub:3283
Sloveniya prezidenti Borut Poxor Moskvada mayın 9-u Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu ölkəni tədbirlərdə xarici işlər naziri Karl Eryaveç təmsil edəcək.

“Ölkə başçısı Sloveniyanı mərasimlərdə xarici işlər naziri Karl Eryaveçin təmsil etməsi təklifi ilə çıxış edib. Baş nazir Miro Çerar prezidentinin bu təklifini dəstəkləyib. Bu qərar Avropa ölkələrinin mövqeyi nəzərə alınaraq qəbul olunub”, - deyə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Şimali Koreya lideri Kim Çen In, Fransa prezidenti Fransua Olland, Yaponiyanın baş naziri Sindzo Abe, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Avstriya prezidenti Haynts Fişer, İsveçin baş naziri Stefan Leven və Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadığını bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti