Həmsədrlər: Qarabağın müstəqilliyini tanımırıq
Bu barədə ATƏT-in Minsk Qrupunun Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşündən sonra qəbul etdikləri bəyanatında deyilir.
“Biz hər nazirə Ermənistan və Azərbaycan prezidentlərinin dialoqunun intensivləşdirilməsi və bu ilin sonunda prezidentlərin müzakirə edəcəyi gündəliyin hazırlanmasının davam etdirilməsinin vacibliyini vurğuladıq”, - bəyanatda qeyd olunub.
Bəyanata əsasən, Azərbaycan və Ermənistan XİN başçıları ATƏT-in Minsk Qrupu ilə görüşmək və prezidentlərin müzakirə edəcəyi gündəliyi müəyyən etməklə bağlı razılığa gəliblər və həmsədrlərin regiona qarşıdan gələn səfərini alqışlayıblar.
Həmsədrlər həmçinin qeyd ediblər ki, mayın 3-də Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”nin nəticələrini tanımayacaqlar.
“Bizim ölkələrdən heç biri və həmçinin heç bir dünya ölkəsi Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Bu “seçkilər” Dağlıq Qarabağın son statusunu və ya Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin nəticələrini əvvəlcədən müəyyən etmir”, - bəyanatda deyilir.
Teqlər: