Prezident ona xəyanət edən arvadını boşadı

Prezident ona xəyanət edən arvadını boşadı
  01 May 2015    Oxunub:2649
Estoniya prezidenti Toomas Hendrik İlves və onun xanımı Evelina İlves 2004-cü ildə bağlanmış nikahlarını rəsmən pozublar.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, bu haqda Estoniya prezidentinin dəftərxanasından xəbər verilib.

Mayın 1-dən etibarən Evelina İlves dövlət başçısının arvadına verilmiş bütün güzəştləri itirəcək.

"Qanuna əsasən prezidentin xanımı dövlətin hesabına xidməti maşından istifadə etmək və ehtiyacları üçün prezidentin rəsmi maaşından aylıq 30% pulu almaq hüququ var", - deyə xəbərdə bildirilir.

İlveslər qızlarının tərbiyəsi ilə birgə məşğul olacaq. 1952-ci ildə doğulmuş Toomas Hendrik İlves və 1968-ci il təvəllüdlü Evelina İlves 2004-cü ildə evləniblər. Onların 12 yaşlı Kadri Keyyu adlı qızı var.

Bu, hər ikisinin ikinci nikahı olub. Qeyd edək ki, keçən il avqust ayında Estoniya prezidentinin xanımı Evelina İlvesin gənc oğlanla öpüşən yerdə şəkilləri yayılmışdı.


Teqlər:





Xəbər lenti