Kişi-massajçılara qadağa

Kişi-massajçılara qadağa
  27 May 2013    Oxunub:1384
Misirin turizm naziri Hişam Zaazua, otellərin qadın spa-salonlarında kişi masajçılara işləməyi qadağan edən qərar qəbul edib. Bu ölçü turistlərə edilən cinsi təcavüzlərin qarşısının alınmasına yönəldilib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, yeni qaydaları pozanlara sərt cəza tətbiq olunacağı bildirilib. Qanuna görə, əgər qadın sağlamlıq mərkəzində kişi işçi aşkar olunarsa, müəssisənin fəaliyyəti dərhal dayandırılacaq.

Xatırladaq ki, ötən ay otelin əməkdaşı tərəfindən istirahətə gələnlərin cinsi təcavüzə məruz qalması nəticəsində otel bağlanmışdı. Yerli KİV-in məlumatlara görə, Avropanın turizm sahəsində ən böyük şirkətlərindən biri cinsi təcavüz hadisəsinə görə Misirlə əməkdaşlığı bitirməklə hədələdikdən sonra misirli nazir bu qərara gəlib. Təkcə “Şarm əl-Şeyx” otelində əməkdaşlardan 150 şikayət edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti