`Azərbaycanlılar yalvarırdı ki, bizi öldürün...` - Davudoğlu
AzVision.az xəbər verir ki, bu barədə baş nazir keçirdiyi mitinqdə söz açaraq CHP lideri Kemal Kılıçdaroğlunun “İsraildə niyə səfirliyimiz yoxdur” sualına sərt cavab verib:
“Biz zalımlarla dost olarıqmı? Fələstini bombalıyanlarla dostluq etmək olarmı? Suriyalıları qətl edən zalım Əsədə heyət göndərənləri, dost kimi qəbul edərik?
Aramızdakı fərq budur. Çünki onun (K.Kılıçdaroğlunun-red) şefi də Iğdırda, Arasda Türkiyəyə sığınan 146 azərbaycanlını 1944-cü ildə ruslara təslim etmişdi və körpüdə gözlərimizin qarşısında, türk əsgərinin gözü önündə şəhid olmuşdular. O zaman onlar yalvardılar ki, “bizi siz öldürün, amma rusa təslim etməyin. Bu, türklüyə yaraşmaz, namusa sığmaz” demişdilər”.
Sevinc İltifatqızı