ABŞ-da etirazlar: 60-dan çox insan həbs edildi

ABŞ-da etirazlar: 60-dan çox insan həbs edildi
  30 Aprel 2015    Oxunub:1531
Nyu-Yorkda qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılarkən ölməsi ilə əlaqədar etiraz aksiyaları keçirilib.
AzVision.az “Rİa Novosti”yə istinadən xəbər verir ki, aksiyalar zaman 60-dan çox insan həbs edilib

Nyu-Yorkda minlərlə insan Baltimorda keçirilən aksiyalara dəstək olaraq etiraz aksiyalarına qatılıblar. Etirazçılar “Qaraların həyatının əhəmiyyəti var” şüarları səsləndiriblər.

Polislər Manhettenə toplaşan etirazçıların yolu bağlamasına mane olaraq onları hərəkət zolağından sıxışdırmağa çalışıb. Lakin etirazçılar yolu bağladıqdan sonra polis əməkdaşları ictimai qaydaları pozduqlarına görə, onların böyük əksəriyyəti həbs edilib.

Nyu-York polisinin mətbuat katibinin sözlərinə görə, 620-dan çox insan həbs edilib.

Qeyd edək ki, aprelin 27-i ABŞ-ın Baltimor şəhərindəki iğtişaşlar zamanı 200-ə qədər insan həbs olunub.

Şəhərdə fövqəladə vəziyyət və komendant saatı rejimi elan edilib, məktəblərdə məşğələlər dayandırılıb.
İğtişaşlar zamanı 144 avtomobilin və 15 binanın yandırıldığı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti