15 məmur edam edildi

15 məmur edam edildi
  30 Aprel 2015    Oxunub:1927
2015-ci ildə Şimali Koreya lideri Kim Çen Inın əmri ilə ölkənin 15 yüksək vəzifəli məmuru edam edilib.
Bu barədə Koreya Respublikasının kəşfiyyat məsələləri üzrə parlament komitəsinin üzvləri bildiriblər.

Cənubi Koreyanın hakim “Senuri” partiyasından olan deputat Li Mxol U və müxalif Yeni siyasətin demokratik alyansdan olan deputat Sin Gön Min birgə brifinqdə bu qərarın KXDR prezidentinin əsasən yanvarda keçirilən yaşıllaşdırma və meşə sahəsinin genişləndirilməsi işlərindən narazı qalması ilə bağlı olduğunu bildiriblər.

Sin Gön Minin sözlərinə görə, edam cəzası həm də respublikanın ulu lideri Kim İr Senə aidiyyəti olan uğursuz dizayner layihəsi səbəbi ilə həyata keçirilib.

Komitə üzvləri 2012-ci ildən indiyə qədər Şimali Koreyada 41 partiya fəalı və məmurun edam edildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, 2013-cü ilin dekabrında Şimali Koreyada ölkənin totalitar lideri Kim Çen Inın əmisi Çan Son Txek edam edilib.

Bir neçə gün əvvəl Çan Son Txek birbaşa hakim partiyanın toplantısı gedişində Dövlət Müdafiə Komitəsinin sədri vəzifəsindən alınaraq həbs edilmiş, ona qarşı hakimiyyəti devirmək məqsədilə qruplaşma yaratmaq ittihamı irəli sürülmüşdü.


Teqlər:  





Xəbər lenti