“Putinlə kişi kimi danışıram” – Lukaşenko

“Putinlə kişi kimi danışıram” – Lukaşenko
  29 Aprel 2015    Oxunub:2274
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə etibarlılıq formatında ünsiyyət qurur.
AzVision.az-ın məlumatına görə, bu barədə Lukaşenko belarus xalqına müraciətində bildirib.

“Biz Rusiya prezidenti ilə öz münasibətlərimizin ictimailləşdirilməsi barədə razılığa gəlmişik və biz bu kursa sadiqik. Əgər onun hər hansı bir fikri varsa o, kişi kimi bu barədə mənə deyir. Kişi kimi - siz bunun necə olduğunuz bilirsiniz. Mən də ona bu cür müraciət edirəm”, - deyə Lukaşenko bildirib.

“Biz yaranan problemləri sadəcə dost kimi müzakirə edirik”, - deyə belarus prezidenti vurğulayıb.

Lukaşenko həmçinin qeyd edib ki, “Belarus həmişə Rusiya ilə birlikdə olacaq” və o, öz mövqeyini açıq şəkildə Qərb ölkələrinə bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti