Gürcüstanda siyasi böhranı: Nazir istefa verdi

Gürcüstanda siyasi böhranı: Nazir istefa verdi
  29 Aprel 2015    Oxunub:2450
Gürcüstanın idman və gənclər naziri Levan Kipiani bu gün baş nazirə istefa ərizəsi təqdim edəcəyini açıqlayıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kipianinin özü jurnalistlərə açıqlamasında bildirib.

“İstefa haqqında ərizəm hazırdır. Baş nazirə müraciət edəcəyəm. Mən baş nazirə və Bidzina İvanişviliyə əməkdaşlıq üçün təşəkkürümü bildirirəm", - deyə nazir vurğulayıb.

Kipiani parlament üzvlərinin ona qarşı irəli sürdükləri bütün ittihamları rədd edib.

Gürcüstan Konstitusiyasına əsasən hökumətə inam məsələsi gündəmə gətirilməsi üçün nazirlərin 1/3 hakimiyyəti tərk etməlidir. Gürcüstan Nazirlər Kabinetində 19 nəfər olur.

Kipianinin istefasısı hökumətin tərkibində baş verən 7-ci dəyişiklikdir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti