Silah embarqosuna düzəlişlər ediləcək
Brüsseldə keçirilən görüşdə İngiltərənin xarici işlər naziri Vilyam Heyq bildirib ki, silah embarqosunun müddəti mayın 31-də bitir. O, həmçinin Suriya üsyançılarına silah göndərmək üçün həmin sənəddə düzəliş edilməsini istədiyini vurğulayıb.
Bəzi AB ölkələri – Avstriya, Çexiya, Niderland, Finlandiya və İsveç sənəddə düzəliş edilməsinə qarşı çıxıblar. Avstriya mənbəsinə görə, müharibə zonasına silahların göndərilməsi AB siyasətini özünə qarşı çevirə bilər.
AzVision.az