İran 34 ABŞ vətəndaşını tutdu

İran 34 ABŞ vətəndaşını tutdu
  29 Aprel 2015    Oxunub:1451
İran ABŞ-a məxsus yük gəmisini tutub və onu İranın Bəndər Abbas limanına müşayiətlə aparıb.
AzVision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Amma xəbərlərə görə, nə İran, nə də ABŞ tərəfindən insidentlə bağlı rəsmi təsdiq olmayıb.

Məlumatlarda deyilir ki, gəminin göyərtəsində 34 adam olub. İranın qeyri-rəsmi Fars xəbərlər agentliyi deyir ki, gəmi "İranın ərazi sularına qanunsuz keçdiyi üçün" saxlanıb.


Teqlər:





Xəbər lenti