Kılıçdaroğlunun əmlakı əlindən alınır

Kılıçdaroğlunun əmlakı əlindən alınır
  28 Aprel 2015    Oxunub:2313
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 8 min 772 türk lirəsi təzminat ödəmədiyinə görə onun mülkünün müsadirə olunması barədə qərar çıxarılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayseri şəhər bələdiyyəsinin sədr müavini Hüseyn Beyhanın iddia ərizəsi ilə müraciət edib və qalib gəldiyi məhkəmədə partiya sədrinin 8 min 772 türk lirəsi təzminat ödəməsi barədə qərar qəbul olunub. Amma 10 gün
keçməyinə baxmayaraq, qərar icra olunmayıb və bundan sonra onun mülkünün müsadirə olunması barədə qərar çıxarılıb.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu 2010-cü ildə Türkiyə Böyük Millət Məclisindəki müzakirələr zamanı Kayseri şəhər bələdiyyəsini qaçaqmalçılıqda ittiham edib və bundan sonra Hüseyn Beyhan onu bələdiyyə sədrini və işçi heyətin şəxsiyyətini təhqir etmək iddiası ilə məhkəməyə verib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti