Ölü sayı 10 mini keçə bilər

Ölü sayı 10 mini keçə bilər
  28 Aprel 2015    Oxunub:1434
Nepalda zəlzələ qurbanlarının sayı 10 min nəfərə çata bilər.
Bunu ölkənin Baş naziri Suşil Koirala bildirib. Nazirin sözlərinə görə, Nepal hökuməti çadır və tibbi ləvazimata kəskin ehtiyac duyur. İndiyədək 4349 nəfərin öldüyü və 8 min nəfərin yaralandığı təsdiqlənib. Baş nazir, həmçinin təbii fəlakət nəticəsində 1914 yaşayış binasının yerlə-yeksan olduğunu qeyd edib.

Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə qeydə alınıb.

Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Ölkədə su, ərzaq məhsulları və digər bir sıra gündəlik tələbat malları çatışmır. BMT regionda humanitar fəlakət təhlükəsi barədə bəyanat verib.



Teqlər:  





Xəbər lenti