Gürcü nazir istefa verdi

Gürcü nazir istefa verdi
  28 Aprel 2015    Oxunub:1638
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu ölkənin ətraf mühitin müdafiəsi və təbii sərvətlər naziri Elqudji Xokrişvili istefa ərizəsini qəbul edib.
Bu barədə AzVision.az “Novosti-Qruziya”ya istinadən xəbər verir.

Xokrişavilinin sözlərinə görə, o, ailə məsələlərinə görə, istefa verməyə qərar verib.

Gürcüstan Konstitusiyasına əsasən hökumətə inam məsələsi gündəmə gətirilməsi üçün nazirlərin 1/3 hakimiyyəti tərk etməlidir. Gürcüstan Nazirlər Kabinetində 19 nəfər olur.

Xokriaşvilinin istefası hökumətin tərkibində baş verən 6-cı dəyişiklikdir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti