Türkiyə ilk yerli qırıcı təyyarə yaradır

Türkiyə ilk yerli qırıcı təyyarə yaradır
  27 May 2013    Oxunub:1223
Türkiyə artıq ilk yerli qırıcı təyyarəsinin layihəsini başa çatdırıb.
AzVision.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu həftə qırıcı təyyarənin yaradılması üçün üç layihə Türkiyənin Müdafiə Nazirliyinin Müdafiə Sənayesi departamentinə təqdim olunacaq.

Türkiyənin hazırlayacağı qırıcı təyyarə radardan gizlənmək xüsusiyyətinə malik olacaq. İki mühərrik təyyarələrə havada daha uzun müddətə qalmağa və daha çox sürət toplamağa imkan verəcək.

Təyyarə 2023-cü ildə hazır olacaq və istismar olunmaq üçün Türkiyənin Silahlı Qüvvələrinə təqdim olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti