Sarkisyan `soyqırım`a görə Putini alçaltdı
AzVision.az-ın Ermənistanın “Qraparaq” qəzetinə istinadən xəbər verir ki, tədbirdə iştirak etməsinə baxmayaraq “soyqırım” ifadəsini işlətməyən Rusiya prezidenti Vladimir Putin və erməni həmkarı Serj Sarkisyan arasında qarşıdurma yaşanıb.
Belə ki, erməni prezident Serj Sarkisyan Rusiya lideri Vladimir Putini ölkəsinə yola salmaqdan imtina edib.
“Bizə məlum olub ki, Fransa prezidenti Fransua Ollandı Serj Sarkisyan, Rusiya prezidenti Vladimir Putini erməni baş nazir Ovik Abramyan, Kipr prezidenti Nikos Anastasiadisi Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan, Serbiya prezidenti Tomislav Nikoliçi isə fövqəladə hallar və ərazilərin idarə olunması naziri Armen Eritsyan yola salıb”, - deyə erməni qəzeti vurğulayıb.
Nəşr xüsusilə vurğulayıb ki, Putin və Ollandı prezident Serj Sarkisyan qarşılasa da, yekunda Sarkisyan yalnız Fransa prezidentini yola salıb.
Eldar Tanrıverdiyev
AzVision.az