Məşhur yazıçı əxlaqsızlıqda ittiham edilir

Məşhur yazıçı əxlaqsızlıqda ittiham edilir
  28 Aprel 2015    Oxunub:2310
Britaniyanın Kral prokurorluq xidməti keçmiş sovet dissidenti Vladimir Bukovskini əxlaqsız uşaq fotoları hazırlamaqda və saxlamaqda şubhəli sayaraq ona qarşı ittiham irəli sürməyə hazırlaşır.
Bukovski əxlaqsız fotoların hazırlanması və saxlanması ilə bağlı beş hadisədə şübhəli sayılır.

BBC Rus xidmətinə telefonla danışan Vladimir Bukovskinin özü bu cür şübhələrin mövcudluğu barədə ilk dəfə eşitdiyini bildirib.

Prokuroluqda bildiriblər ki, Bukovskiyə bu iş barədə müvafiq arayış onun vəkilinə bazar ertəsi səhər saatlarında çatdırlıb.

Prokurorluğun bəyanatında bildirildiyinə görə, Bukovski Cambridge maqistrat məhkəməsinə mayın 5-də gəlməlidir.

72 yaşlı Bukovski SSRİ-də dissident hərəkatının yaradıcılarından olub.
1976-cı ildə sovet rəhbərliyi Bukovskini Çili kommunistlərinin lideri Luis Korvalana dəyişmişdi.


Teqlər:





Xəbər lenti