Rövşən Lənkəranski avtoritetləri bir yerə yığdı – Türkiyədə

Rövşən Lənkəranski avtoritetləri bir yerə yığdı – Türkiyədə
  27 Aprel 2015    Oxunub:8607
Ötən həftə Türkiyədə Rövşən Lənkəranskinin başçılığı ilə əcnəbi “qanuni oğru”ların kütləvi “sxodka”sı keçirilib.
Bu barədə AzVision.az “Primecrime.ru” saytına istinadən xəbər verir.

Məlumat əsasən Moskvada yaşayan və fəaliyyət göstərən qanuni oğrular 4 belarusun “tacqoyma” mərasimini təşkil ediblər. Türkiyədə baş tutan kütləvi “sxodka”nın Ded Xasanın varisi, "Şakro Molodoy" ləqəbli Zaxariy Kalaşovun keçirdiyi toplantılara cavab olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti