Sarkisyan avropalı nazirlə Qarabağı müzakirə etdi

Sarkisyan avropalı nazirlə Qarabağı müzakirə etdi
  27 Aprel 2015    Oxunub:1628
Ermənistan prezidenti Serj Sarkisyan və Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri, Belçikanın xarici işlər naziri Didye Reynders Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, danışıqlar zamanı Reynders vurğulayıb ki, Belçika ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdiyi səyləri dəstəkləyir.

Bundan əlavə Sarkisyan və Reynders Ermənistan və Belçika əlaqələrin inkişafı məsələlərini də müzakirə edib. Sarkisyan Ermənistanın ölkədə keçirilən islahatlar kontekstində Avropa Şurası ilə dialoq və əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti