Nazarbayev seçkiyə görə üzr istədi

Nazarbayev seçkiyə görə üzr istədi
  27 Aprel 2015    Oxunub:2830
Qazaxıstanda keçirilən prezident seçkilərində qalib gələn Nursultan Nazarbayev seçkilərdə qeydə alınan yüksək nəticəyə görə beynəlxalq müşahidəçilərdən üzr istəyib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Mən üzr istəyirəm ki, super demokratik ölkələr üçün bu rəqəmlər qəbuledilməzdir, lakin mən heç nə edə bilməzdim. Əgər mən müdaxilə etsəydim, onda bu qeyri-demokratik olardı”, - deyə Nazarbayev mətbuat konfransında bildirib.

Qazaxıstanın hazırkı prezidenti Nursultan Nazarbayev aprelin 26-da keçirilmiş növbədənkənar prezident seçkilərində 97,7 faiz səslə qələbə qazanıb.

İlkin məlumata görə, onun rəqibləri Abelqazi Kusainov 0,7, Turqun Sızdıkov isə 1,6 faiz səs toplayıblar.

Son məlumatlara görə, seçici fəallığı 95,22 faiz olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti