Kəlbəcər girovu əməliyyat olundu

Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatı olub. Dağlıq Qarabağdakı “Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi xəstəxanada Quliyevə baş çəkib. Onlar Şahbazın vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Xatırladaq ki, Kəlbəcərdə doğma torlaqlarını ziyarət edərkən girov götürülən Dilqəm Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Eldar Tanrıverdiyev
AzVision.az