Ölü sayı durmadan artır - 3218 ölü, 6800 yaralı

Nepal-Çin sərhədində yerləşən Himalay dağlarının Everest zirvəsi rayonunda 200-dək insanın itkin düşdüyü bildirilir. Zəlzələ vaxtı dağlarda aralarında 400 əcnəbi alpinistin olduğu mindən çox insan olub. Onların bir hissəsi qar uçqununa düşüb.
Nepal Turizm Nazirliyi 22 nəfərin həlak olduğunu, 60-dan çox alpinistin yaralandığını təsdiqləyib.