Nazarbayev yenidən prezident seçildi

Qazaxıstan MSK-nın ilkin məlumatına görə, seçicilərin 95 faizindən yuxarısı səsvermədə iştirak edib.
Demokratiya İnstitutunun direktoru Yuliya Kuçinskayanın bildirdiyinə görə, seçkilərində seçicilərin 97,5 faizi Nursultan Nazarbayevə səs verib.
Exitpol nəticəsində səslərin belə bölüşdüyü müəyyənləşib: Nursultan Nazarbayev – 97,5 faiz, Abelqazi Kusainov – 0,63 faiz, Turqun Sızdıkov -1,87 faiz.