Kral kliniki ölüm keçirir

Kral kliniki ölüm keçirir
  27 May 2013    Oxunub:1173
Səudiyyə Ərəbistanının kralı 88 yaşlı Abdullah ibn Əbdüləziz kliniki ölüm vəziyyətindədir.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, kralın həyatı süni ventilyasiya aparatı ilə tənzimlənir. Onun ürək və böyrəkləri imtina edib.

Kral Abdullah 13 dəfə evli olub. O, nə az, nə çox 35 uşaq atasıdır. 2012-ci ilin avqustundan dövləti kralın oğlanlarından biri - şahzadə Salman idarə edir.

Forbes bu ilin başlanğıcında kralın sərvətini 63,2 milyard dollar məbləğində qiymətləndirib. Bu fakt bir daha onu göstərir ki, Riyad şəhərində qızıldan metro stansiyasının tikintisini Abdullah şəxsən özü maliyyələşdirib.

AzVision.az


Teqlər:





Xəbər lenti