“Səriştəsiz idarəçilik ölkəni iflic vəziyyətə salıb”

“Səriştəsiz idarəçilik ölkəni iflic vəziyyətə salıb”
  25 May 2013    Oxunub:1313
“Səriştəsiz idarəçilik İranı çox geridə qoyub”. Bunu İran prezidentliyinə namizəd Məhəmmədbağır Qalibaf bildirib.

Onun sözlərinə görə, İran böyük sərvətlərə sahibdir: “Ancaq pis rəhbərlik, çatışmazlıqlar və müqəddəs müdafiə mədəniyyətindən uzaqlaşma İranı geridə qoyub və iflic vəziyyətinə salıb”.

M.Qalibaf prezident seçiləcəyi təqdirdə, bunu kompensasiya edəcəyini vurğulayıb.

Qeyd edək ki, M.Qalibaf Tehran Universitetinin “Siyasi coğrafiya” fakültəsində doktorantura təhsili alıb. İran Nizam-İntizam Qüvvələrinin, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandanlarındandır. O, 2005-ci ildə keçirilmiş prezident seçkilərində də iştirak etməsinə baxmayaraq, kifayət qədər səs qazana bilməyib. 2005-ci il sentyabrın 4-də Tehran Şəhər Bələdiyyəsinin sədri seçilib.

2007-ci ilin sentyabrında kifayət qədər səs toplayaq yenidən 4 il müddətinə bu vəzifəyə seçilib. Hazırda “Ədalət və İnkişaf” və ya “2+1” seçki koalisiyasının üzvüdür./apa/


Teqlər:





Xəbər lenti