“Cərimələr artırılmasa, xeyri yoxdur”

“Cərimələr artırılmasa, xeyri yoxdur”
  18 Fevral 2013    Oxunub:1958
Vaqif Əsədov plyonka məsələsinin həllini cərimələrin artırılmasında görür.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov daha böyük cərimələrin müəyyən edilməsinin maşınlara qara plyonkaların vurulması problemini kökündən həll edə biləcəyini söyləyib.

Polis rəsmisi “Media forum”a bildirib ki, qanunda nəzərdə tutulmuş 50 manat cərimə çox azdır: “Son günlər Bakıda keçirilən reydlər nəticəsində 500-ə yaxın avtomobil sürücüsünə bununla bağlı inzibati qaydada protokol tərtib edilib. Prezident İlham Əliyevin sərt xəbərdarlığından sonra bir çox avtomobil sahibləri pərdə və plyonkaları könüllü söküb. Ancaq məsələnin kökündən həlli üçün kompleks tədbirlərə ehtiyac var. Avtomobil şüşələrinə vurulan plyonkların ölkəyə gətirilməsini məhdudlaşdırmaq qeyri-mümkündür. Çünki əhali bu plyonkaları evlərinin pəncərələrinə də vurur. Hesab edirəm ki, cərimə məbləğini artırmaq barədə məsələ qaldırılmalıdır. Elə sürücülər var ki, il ərzində iki-üç dəfə cərimə edilsələr də, yenə plyonkaları sökmürlər. Cərimə artırılsa, sürücülər məsələyə daha ciddi yanaşar”.



Teqlər:  





Xəbər lenti