ABŞ-la Rusiya səylərini birləşdirir

ABŞ-la Rusiya səylərini birləşdirir
  25 May 2013    Oxunub:1360
ABŞ və Rusiya Nanna-Luqara proqramı üzrə yeni müqavilə imzalamağa hazırlaşır
"İtar-Tass" xəbər verir ki, ABŞ və Rusiya müəlliflərinin adı ilə tanınan Nanna-Luqara proqramı üzrə kütləvi qırğın silahları təhlükəsinin azaldılması barədə müqavilə imzalamağa indiki kimi yaxın deyillər. ABŞ müdafiə nazirinin qlobal strateji məsələlər üzrə köməkçisinin müavini Kennet Hendelman bu məsələyə dair jurnalistlərə açıqlama verərkən deyib:

"Bununla bağlı bütün siyasi problemlər hər iki tərəfi razı salacaq şəkildə həll olunub"-.

O, xartırladıb ki, "Nanna-Luqara proqramı üzrə müqavilə Vaşınqtonla Moskva arasında 1992-ci ildə imzalanıb. O zamandan indiyədək müqavilənin müddəti iki dəfə artırılıb və 16 iyunda artıq müddət başa çatacaq."

Hendelmanın sözlərinə görə, indi o yeni sənədin hazırlanması perspektivinə görə tam optimist şəkildə düşünür. Hendelman əlavə edibki, "Əgər yeni müqavilə 16 iyunadək imzalanmasa, bu müstəsna dərəcədə hansısa siyasi problem üzündən deyil, bürokratik səbəblərdən baş verə bilər".

Nazir müavinin köməkçisi vurğulayıb ki, Rusiyanın xahişi ilə müqavilənin təzələnməsi hər iki tərəf üçün sərfəli olacaq.


Teqlər:





Xəbər lenti