Xarici təşkilatın azərbaycanlı direktoru

Xarici təşkilatın azərbaycanlı direktoru
  18 Fevral 2013    Oxunub:1743
Azərbaycan şirkəti beynəlxalq İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAİPA) İdarəetmə Komitəsində Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktor seçilib.
AzVision.az-ın məlumatına görə, fevralın 11-12-də İsveçrənin Cenevrə şəhərində İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAİPA) 18-ci Dünya İnvestisiya Konfransı keçirilib.

Tədbirdə birbaşa xarici investisiyaların cəlb olunmasının cari vəziyyəti və qlobal meylləri, infrastruktur sahəsinə investisiyalar, biznes mühiti reytinqlərinin təsirləri, biliklərə əsaslanan birbaşa xarici investisiyaların cəlb olunması mövzusunda müzakirələr aparılıb. Konfrans çərçivəsində təşkilatın İdarəetmə Komitəsinə seçkilər keçirilib və AZPROMO yenidən iki il müddətinə WAIPA-nın İdarəetmə Komitəsində Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktor seçilib.

Qeyd edək ki, bu vəzifəni icra edərək AZPROMO tərəfindən WAIPA-nın missiyasının Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda tətbiqi, investisiyaların cəlb olunması və regional əməkdaşlığın təşviqi həyata keçiriləcək.



Teqlər:





Xəbər lenti