Gürcü şərablarına qadağa

Gürcü şərablarına qadağa
  24 May 2013    Oxunub:3362
Gürcü şirkətinin Rusiyaya göndəriləcək şərabları ekspertizaya verilib və sanitar xidməti şərabın üç növündə defekt aşkar edib.
AzVision.az İnterfax-a istinadən məlumat verir ki, “Shukhman Wine” şirkətinin şərabları ekspertizaya göndərilib. Məlum olub ki, şərabları süzən zaman köpük yaranır, qaz ayrılır və turşumuş iyi verir.

Daha əvvəl xidmət, Gürcüstanın ən böyük alkoqollu içki istehsalçılarından biri olan “Askaneli qardaşları” şirkətinə məxsus konyakın beş növündə defekt aşkar etmişdi. Bu halda təşkilat şirkətin şərabının yalnız 9 növünün ixrac edilməsinə icazə verilib.

Rusiyada 234 adda gürcü şərabı, konyakı və mineral suyunun dövlət qeydiyyatından keçirilib. 102 ekspert hesabatı ilə 8 istehsalçıya şəhadətnamə verilib. Altı istehsalçının 93 alkoqollu məhsulunun ekspertizası hələ başa çatmayıb.

Rusiyada uzunmüddətli fasilədən sonra bu həftə “Borjomi” mineral suyunun idxalına başlanıb. Rusiya xidməti münasibətlərin alkoqollu məhsullarla deyil, məhz mineral su ilə bərpa olunmasının simvolik xarakter daşıdığını bildirib.

Gürcüstanın şərabı və mineral suyu rəsmi şəkildə 2006-cı ildən Rusiya bazarından çıxarılıb. Məhsullara qadağa keyfiyyətə görə qoyulmuşdu.

Bu ilin aprelində Rusiyanın idxal etdiyi məhsulların sırasına bir sıra gürcü müəssisələrinin məhsulu - şərab və mineral su daxil edilib. “Marniskari”, “Sairme” və “Kaxetiya ənənəvi şərabçılıq” müəssisələri qeydiyyatdan keçib. Digər gürcü istehsalçıları logistika və paylanma ilə bağlı problemlərə görə Rusiyaya idxal oluna bilmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti