Bakıda muzeylər gecə 1-ə qədər işləyəcək

Bakıda muzeylər gecə 1-ə qədər işləyəcək
  08 Aprel 2015    Oxunub:2418
`Bakıda keçirilən ilk Avropa Oyunları müddətində şəhərin muzeyləri gecə saat 1-2-yə qədər işləyəcək`. Bunu yeni Xalça Muzeyində aparıcı media orqanlarının redaktorları ilə görüşündə Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bundan başqa, teatrlarda tərcümə sisteminin yaradılması da nəzərdə tutulur. Amma təkcə əcnəbi dillərə yox: “Məsələn, İtaliya operalarının Azərbaycan dilinə tərcüməsi məsələsinə də baxılır”.

Şəhərdə qonaqlar üçün xüsusi turizm xidmətləri də yaradılacaq. Bakını gəzmək üçün avtobuslar və bələdçilər ayrılacaq. Həmçinin otellərdə monitorinqlərın aparılmasına başlanılıb.

- Ölkəyə gələn qonağın rastlaşdığı hər bir hal onda Azərbaycanla bağlı təəssürat yaradır. Ona görə də, biz bu təəssüratın müsbət olması üçün çalışmalıyıq. Bir və ya bir neçə nazirlik, təşkilat burada heç nə edə bilməz. Məsələn, hər taksi şoferinin əcnəbi qonaqla necə danışmasına biz nəzarət edə bilmərik. Amma ictimai rəyi buna hazırlamaq olar və lazımdır,- deyə nazir vurğulayıb.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti