Müdhiş oğurluq: Tunel qazaraq 100 milyon apardılar

Müdhiş oğurluq: Tunel qazaraq 100 milyon apardılar
  08 Aprel 2015    Oxunub:4120
Böyük Britaniyada Hollivud filmlərini xatırladan oğurluq hadisəsi olub.
AzVision.az-ın “Daily Star”a istinadən xəbər verir ki, cinayətkarlar 100 milyon funt sterlinq dəyərində zinət əşyaları oğurlayıb.

Məlumata əsasən, oğrular mərhələli formada Londonun mərkəzi rayonlarından birində zinət əşyalarının saxlanıldığı “Hatton Garden Safe Deposit” anbarına tunel qazıblar. Cinayətkarlar siqnalizasiyanı söndürüblər. Oğurluğun baş verməsi barədə isə personal yalnız çərşənbə axşamı xəbər tutub.

Oğrular özləri ilə nağd pullar və nadir brilyantlar aparıblar. Soyğunçular 300 seyf hücrəsini də aça biliblər.

Britaniya polisi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti