Çarpayıdakı bülletenlər: Ermənilərin növbəti saxtakarlığı
AzVision.az “LA Weekly»yə istinadən xəbər verir ki, “İnstagram”da kiminsə çarpayısının üstünə səpələnmiş bülletenlərin şəkli isə seçkilərin saxtalaşdırılması ilə bağlı şübhələri daha da artırıb.
Qeyd edək ki, seçki qanunlarının tələblərinə əsasən bülletenləri seçicilər şəxsən seçki qutularına atmalıdırlar. Şəkillər isə bu tələblərin pozulduğunu, həqiqətən də nə isə gizli işlər döndüyünü sübut edir.
“Təəccüb doğurmayan” isə bu şəkillərin Sərkisyan tərəfindən yerləşdirilməsidir. Ad sizi çaşdırmasın. Düzdür belə saxtakarlıq qoxusu gələn işlər hər zaman Sərkisyanların başının altından çıxır. Ancaq bu dəfəki Sərkisyan nə Ermənistan prezidenti Serj Sərkisyan, nə də baş nazir Tiqran Sərkisyandır. Erməni ola-ola erməni yalanını ifşa edən 19 yaşlı Mamiko Sərkisyandır. O, seçkilərə namizəd Syoma Kbuşyanın təşviqat kompaniyasında iştirak edən könüllülərdən biridir. Bəs görəsən niyə naxələf çıxıb həmyerlisinə? Kİm bilir bəlkə də pulu çatmayıb. Amma hər halda cinayətin üstünü açmaqla “savab” iş görüb.
Nə isə keçək Kubuşyana. Necə olubsa, (guya erməni secilərin fəallığı nəticəsində) Kubuşyan 12 namizəd arasında 3-cü yer tutub. Sonra nədənsə Kiçik Ermənistana rəhbərlik iddiasından vaz keçib və hazırda O`Farrellini dəstəkləyir. O`Farellinin rəqibi Con Çoy isə iddia edir ki, Kubuşyanın seçki kampaniyasının işçilərinin yaşlı ermənilərin bülletenlərini toplayarq öz namizədlərinin xeyrinə səs veriblər. Çoyun təşviqat kampaniyası üzrə məsul şəxslər, əllərində bülletenlərin saxtalaşdırıldığını iddia edən 400 seçicinin adı olduğunu bildirirlər.
Araşdırmalardan sonra məlum olub ki, Mamikonun “İnstagram”da yerləşdirdiyi şəkildəki bülletenlərlə həmin adamların sənədləri uyğun gəlir.
Həmçinin qeyd olunur ki, bülletenlər seçicilərə çatdırılmadan konkret şəxslər tərəfindən toplanıb. Əməllərini təkzib edən ermənilər isə belə gülünc bir iddia irəli sürürlər ki, “bəs nə üçün bülletenlər seçki qutusuna deyil, kiminsə çarpayısının üstünə atılıb?!”
-Burada anlaşılmaz nə var ki? Yəqin Mamiko Sərkisyan həmin sənədləri qutuya atmazdan əvvəl çarpayısının üstünə töküb, sadəcə şəklini çəkib və sadəcə “İnstagram”a yerləşdirib.
Los-Ancelos polisi isə bu sadə Sərkisyanın şəkillərinin altında gizlənən və heç də sadə olmayan erməni saxtakarlığını araşdırır.
Səbinə Həsənova
AzVision.az
Teqlər: