CİA-dan Əsədə prezidentlik proqnozu

CİA-dan Əsədə prezidentlik proqnozu
  23 May 2013    Oxunub:1579
Livanın “Əl–Manar” telekanalının məlumatına görə, əgər Suriya prezidenti Bəşər Əsəd 2014-cü ildə prezident seçkilərində öz namizədliyini irəli sürərsə, onda ölkənin 75%-i onun xeyrinə səs verəcək.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, telekanal ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məruzələri əsasında bu nəticəyə gəlib. MKİ Suriyadan aldığı xəbərlər və sorğu əsasında bildirib ki, Əsəd 2020-ci ilədək Suriya prezidenti postunda qala bilər.

Livan televiziyası həmçinin bildirib ki, Amerika kəşfiyyatı məlumat verir ki, Suriya ordusunun silahlı müxalifətlə qarşıdurmada üstünlüyü ələ alması ölkənin daxilində Əsədin məşhurluğunu daha da artırır.

AzVision.az


Teqlər:  





Xəbər lenti