Musiqiçi aclığa başladı

Musiqiçi aclığa başladı
  23 May 2013    Oxunub:2051
Rusiyanın “Pussy Riot” rok-qrupunun həbs olunan üzvü Mariya Alyoxina vaxtından əvvəl azad olması ilə bağlı məhkəmə prosesində iştirak etməkdən imtina edib və aclıq aksiyasına başlayıb.
Hakim onun məhkəmə zalında iştirak etməməsi barədə xahişinə imtina cavabı verdikdən sonra Mariya Alyoxina məhkəmədə iştirakdan dərhal boyun qaçırıb. “Mən videogörüntülərlə əlaqədar məhkəmə prosesində iştirakdan imtina edirəm və vəkillərimə də iştirak etməyi qadağan edirəm” – Alyoxina söyləyib. Daha sonra vəkil bildirib ki, o müdafiə etdiyi rokçunu dəstəkləməyə məcburdur. Qanunvericiliyə görə, indi Alyoxinanın məsələsinə onun məhkəmə prosesində iştirakı olmadan baxılacaq. Məhkəmənin Alyoxinanın şəxsən prosesdə iştirakından imtina etməsi təhqirlə əlaqələndirilib.

Alyoxina boykot elan etməzdən qabaq onun vəkili, qızın şərti olaraq vaxtından əvvəl azad olması üçün məhkəməyə onun xeyrinə bir neçə əsas irəli sürüb. Xrunova həmçinin məhkəməyə dustağın oğulunun səhhəti barədə psixoloji analiz təqdim edib. Analizin nəticələrinə əsasən anası yanında olmadığı üçün uşaq ana qayğısının çatışmazlığından əzab çəkir.

Vəkil Alyoxinanın azad olunması üçün jurnalist, yazıçı və siyasətçilərin yazdığı 17 məktubun da onun məhkəmə işinə əlavə edilməsini xahiş edib. Zaminlərin arasında Pussy Riot-in Putinə qarşı “pank-ibadəti”ni bəyənməyən məbədlərdən birinin baş keşişi də var. O, məhkəmədən mərhəmət göstərməyi xahiş edib. Piter Qabriel və Patti Smit kimi xarici musiqiçilər də öz məktublarını göndəriblər. Bundan başqa, Alyoxina azad olunduqdan sonra ona “Greenpeace”də iş təklifi də edilib.

Yada salaq ki, Mariya Alyoxina və Nadejda Tolokonnikova 2012-ci ilin fevralın 21-də təşkil edilmiş aksiyaya görə iki il həbs cəzası alıblar. Pussy Riot pank-qrupunun üzvləri maska geyinərək, “Xilaskar İsanın Məbədi”ndə Putinə qarşı çıxış ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti