Rəfsancaninin namizədliyi qeydə alınmadı

 Rəfsancaninin namizədliyi qeydə alınmadı
  22 May 2013    Oxunub:1157
İranın keçmiş prezidenti Haşimi Rəfsancaninin dövlət başçısı postuna namizədliyi qeydə alınmayıb.
İran Konstitusiyasının Mühafizə Şurasının qərarına görə, sabiq dövlət başçısı yenidən prezidentliyə namizədliyini irəli sürə bilməz.

Konkret hansı səbəblərdən bunun mümkün olmadığı ictimaiyətə bildirilməsə də, bu haqda Rəfsancaninin özünə yazılı məlumat veriləcək.

Qeyd edək ki, hazırkı prezident Mahmud Əhmədinejatın müşaviri İsfəndiyar Rahim Məşayinin də namizədliyi qeydə alınmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti