“Qiyamət” 91 nəfəri öldürdü - VİDEO

“Qiyamət” 91 nəfəri öldürdü - VİDEO
  21 May 2013    Oxunub:1304
ABŞ-ın Oklahoma şəhərində baş verən tornado qurbanlarının sayı 91 nəfərə çatıb.
Mur Şəhərinin sakinləri 35 dəqiqə ərzində şahidi olduqları dəhşətli tornadonu “Bu günün apokalipsisi” adlandırırlar. Şahidlərin sözlərinə görə ştat tarixində ən güclü tornado qarşısına çıxan hər şeyi yer üzündən silib. Bir şans nəticəsində xilas olanlar həmin anı belə xatırlayırlar:

“Biz elə bildik ki, hər şey bitdi. Tornadonu yaxınlaşdığını görən kimi qaçıb zirzəmilərdə gizləndik. Səsdən qulaqlarımız batırdı. Sonra bircə göz qırpımında evlərimizi silib apardı. Şüşə,daş parçaları üzərimizə tökülürdü. Sağ qaldığımıza hələ də inana bilmirəm”-deyə Rikki Stouv fəlakət anını xatırlayır.

Sağ qalan qadınlardan biri qızını son anda saçlarından yapışaraq tornadonun əlindən aldığını bildirir. Mur şəhər sakinləri heç bir xəbərdarlıq eşitmədiklərini iddia edirlər.

“Hadisə baş verəndə mən avtomobilimi qaraja salırdım. Sonra birdən hiss etdim ki, havada uçuram. Məni allah saxladı”-Lando Hayt deyir.

Lakin heç də hər kəsin bəxti gətirməyib. Son məlumata görə ölənlərin sayı 91 nəfərin həyatına son qoyub. Onlardan 20–nin uşaq olduğu bildirilir. Dağıntılar altında qalanlar olduğundan ölənlərin sayının artacağı ehtimal olunur. Yerli xəstəxanalardan alınan məlumata görə, fövqəladə hadisə nəticəsində 240 nəfər yaralananların 60-ı uşaq olub.

Xatırladaq ki, tornado nəticəsində bir ibtidai məktəb tamamilə, digəri qismən dağılıb. 50 min sakini olan Oklahoma ştatında məktəblərə, evlərə və xəstəxanalara ziyan dəyib. Xilasedicilər axtarış işlərini davam etdirir.

Rəsmi məlumatlara əsasən ölənlərin sayı 51 nəfərdir. Dağıntılar altında xilasedicilər tərəfindən ölü olaraq çıxarılan 40 nəfərin isə kimliyi müəyyənləşdirilir.

Hazırda xilasetmə işləri davam edir.




Səbinə Həsənova
Leyla Cavadova
AzVision.az


Teqlər:  





Xəbər lenti