Kasparov: `Rusiyada sosial partlayış gözlənilir`
Qarri Kasparov :”2-3 ildən sonra Rusiyada kütləvi narazılıq partlayışı olacaq”
Qəzetə müsahibəsində erməni şahmatçı bildirib: “Rusiya bir partiyanın diktaturasından bir nəfərin diktaturasına keçir. Bu həm pis, həm də yaxşı xəbərdir. Bu bir əzabdır, rejim daha da zəifləyib.”
Kasparov deyir: “ Yaxın iki-üç ildə biz kütləvi partlayışın şahidi olacağıq, lakin bu partlayış Rusiya xalqa baha başa gələcək” . Onun fikrincə Putin sona kimi hakimiyyətdən əl çəkməyəcək”.
Kasparovun sözlərinə görə, “hazırki rejim vətəndaşların rəyini nəzərə almır. Putin hökuməti qeyr-legitim bir hökumətdir. Putin rejimini devirməyin yeganə yolu kütləvi nümayişlərdir”. Bildirir ki, başqa cür- konstitusiya prosesi yolu ilə Putin hakimiyyəti təhvil verməyəcək.
Erməni şahmatçı “bütün diktatorların- Putin, Venesuellada çavist rejiminin, İran, KXDR, və Suriyanın biri-birilərini dəstəklədiyini deyir.
Səbinə Həsənova
AzVision.az
Teqlər: