Pərviz Müşərrəf azadlıqda

Pərviz Müşərrəf azadlıqda
  21 May 2013    Oxunub:1534
Eks prezident 20 min dollar girov müqabilində azadlığa buraxılıb.
Pakistan məhkəməsi baş nazir Bənazir Buhutonun qətlində şübhəli bilinən eks prezident Müşərrəfin girov müqabilində azadlığa buraxılması barədə qərar qəbul edib.

Prokororluğun təkidinə baxmayaraq Pakistan Ali Məhkəməsi mayın 22-sinə təyin edilən növbəti prossesə qədər Müşərrəfin ev həbsində qalması qərarını qüvvədə saxlayıb.

Məlumata görə, İslamabad Terrorla Mübarizə Məhkəməsi Pərviz Müşərrəfi 20 min dollarlıq girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, mart ayında Dubaydan ölkəsinə qayıdan Müşərrəf seçkilərdə iştirak etmək istəsə də, Ali Məhkəmənin qərarı ilə ona ömürlük siyasətlə məşğul olmaq qadağan edilib.


Teqlər:  





Xəbər lenti