“Eurovision”a görə Merkel günahlandırıldı

“Eurovision”a görə Merkel günahlandırıldı
  20 May 2013    Oxunub:1291
Almaniyalılar “Eurovision” mahnı müsabiqəsində zəif göstəriciyə görə Almaniyanın kansleri Angela Merkeli günahlandırıb.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, almanlara görə məhz Merkelin avrozona böhranında sərt mövqeyinə görə ölkə 39 ölkədən səs toplaya bilməyib.

Danimarka təmsilçisi Emili de Forest müsabiqədə 281 bal ilə qalib gəlib. Almaniya isə iştirak edən 26 ölkə arasında 21-ci yerdə dayanıb. Ölkə Avstriya, İsrail, İspaniya, Albaniya və İsveçrənin verdiyi səslə cəmi 18 bal toplayıb.

“Müsabiqədə siyasi vəziyyət açıq-aydın özünü biruzə verir. Angela Merkelin 18 bal topladığını söyləmək istəmirəm” - Almaniyanın ARD TV-nin əməkdaşı Tomas Şreyber bildirib.

Merkel avrozonada böhran ərəfəsində sərt mövqeyinə görə Almaniyada məşhurdur. Amma Avropanın bəzi hissələri - Yunanıstan, İspaniya və İtaliya onun sərt iqtisadi tədbirlərinə nifrət edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti