ABŞ Şimali Koreyanı təmkinli davranmağa çağırdı

ABŞ Şimali Koreyanı təmkinli davranmağa çağırdı
  20 May 2013    Oxunub:1033
Cənubi koreyanın xəbər agentlikləri xəbər vermişdilər ki, Şimali Koreya şərq sahilinə üç ədəd qısamənzilli raket buraxıb.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Şimalın raket buraxması ərazinin təhlükəsizliyi barədə narahatlıq yaradıb. ABŞ-ın dövlət departamenti qısamənzilli raketlərin buraxılması barədə təfərrüatlı məlumat verməsə də, Şimali Koreyanı təmkinli olmağa çağırıb.

“Biz Koreya yarımadasında vəziyyəti diqqətlə müşahidə edirik. Standart təcrübə üzrə, kəşfiyyat məsələlərini şərh etmirik. Şimali Koreyanı təmkinli davranmağa və qonşularla münasibətləri yaxşılaşdırmağa çağırırırq.” – departamentdən bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti