Agentlik nazirliyi məhkəməyə verəcək

Agentlik nazirliyi məhkəməyə verəcək
  20 May 2013    Oxunub:1172
Amerikanın Associated Press (AP) xəbər agentliyi ABŞ-ın Ədliyyə Nazirliyini məhkəməyə verəcək.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Ədliyyə Nazirliyinin məhkəməyə verilməsi barədə agentliyin rəhbəri Qari Pruit bildirib. Agentliyin bu addımı, AP müxbirlərinin telefon zənglərinin gizli dinlənilməsi barədə qalmaqaldan sonra baş verib.

İnformasiya agentliyi bildirib ki, anonim qalmaq istəyən və hakimiyyət tərəfindən izlənilən mənbələrin çoxu indi AP müxbirlərilə əlaqəyə girmir və təqibdən ehtiyat edirlər.

Pruit söyləyib ki, nazirliyin bu hərəkəti ABŞ konstitusiyasına ziddir. “Mən onların bu hərəkətinin səbəbini bilmirəm, amma onların hərəkətləri mətbuat azadlığını pozub və konstitusiyaya ziddir” - o bildirib.

Qeyd edək ki, ABŞ-ın Ədliyyə Nazirliyi Yəməndə avialaynerdə terror aktı barədə AP-yə məlumat verən məmuru axtarır. Bunun üçün hakimiyyət agentliyin ofis telefonlarından edilən zəngləri dinləyib.

Ədliyyə Nazirliyi 21 telefon xətt ilə edilən zənglər barədə məlumatları əldə edib. Bu xətlərdən təxminən AP-nin 100 jurnalisti istifadə edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti