Bill Qeyts yenə dünyanın ən varlı adamı

Bill Qeyts yenə dünyanın ən varlı adamı
  17 May 2013    Oxunub:1244
Amerikanın Microsoft korporasiyasının yaradıcısı 57 yaşlı Bill Qeyts yenidən dünyanın ən varlı adamı olub.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, sonuncu dəfə Qeyts 2007-ci ildə dünyanın ən varlı adamı seçilib. Onun sərvəti 72,7 milyard dollar təşkil edir. Bu nisbət əvvəlkindən 16 % çoxdur.

Bu barədə Bloomberg məlumat verib. Son illərdə Qeyts öz ailə xeyriyyəçilik fondunun fəaliyyətinə çox vaxt ayırır. O, fonda 28 milyard dollar xərcləyib.

Qeyts 1995-ci ildən 2007-ci ilədək dünyada ən varlı adam hesab olunub. Lakin 2008-ci ildə amerikalı maliyyəçi Uorren Baffet onu üstələyib. Hazırda Baffet 59,7 milyard dollar sərvəti ilə reytinqin üçüncü pilləsində dayanır.

AzVision.az


Teqlər:  





Xəbər lenti