Saakaşvili Ukraynanı silahla təmin edəcək

Saakaşvili Ukraynanı silahla təmin edəcək
  15 Fevral 2015    Oxunub:2612
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna Məsləhətçi İslahatlar Şurasının sədri təyin olunub. Saakaşvili Qərbin Ukraynaya silah verməsini koordinasiya edəcək.

`İndi vacib məsələ Ukraynaya silahla kömək etməkdir. Qarşıdakı günlərdə mən bunu koordinasiya edəcəm. Mən konkret qurumun əməkdaşı deyiləm, azad siyasətçiyəm, Gürcüstan vətəndaşıyam. Ukrayna vətəndaşlığını qəbul etməyim ümumi strategiyaya uyğun gəlmirdi. Mən vətənimə qayıdacam. Ancaq indi biz bu ümimi müharibədə döyüşürük və mən də digərləri kimi ukraynalı olacam`, - deyə Saakaşvili bildirib.

O, Ukrayna prezidenti administrasiyasında olacağını və üzərinə düşən məsələləri həll etmək üçün Ukrayna ilə yanaşı digər ölkələrə də gedəcəyini deyib.


Teqlər:  





Xəbər lenti