Ermənistan “qəhrəmanlarını” təhqir edir

Ermənistan “qəhrəmanlarını” təhqir edir
  16 May 2013    Oxunub:1692
Ermənistanın Proşyan Kotayksk ərazisində “Qarabağ müharibəsi qəhrəmanları”nın abidəsi təhqir edilib. Kənd mərkəzində divarların birində, naməlum şəxslər öldürülmüş kənd başçısı və dağlıq qarabağ müharibəsi iştirakçısı Qraç Muradyanın ünvanına ədəbsiz yazılar yazıblar.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, bu hadisə Erməni İnqilabçı Federasiyası (EİF) – Daşnaksutyun partiyasının narazılığına səbəb olub. Partiya bəyanatında bildirib ki, bu, istintaqın ilkin nəticəsinə görə orqanları çıxarılmış Qraç Muradyanın qətlinin açılması barədə çağırışdır.

Xatırladaq ki, Qraç Muradyanın cəsədi erməni kəndi Proşyanda 2013-cü ilin aprelin 2-də tapılıb. İlkin məlumatlara görə, o gicgahından aldığı güllə yarasından ölüb. Qətllə bağlı cinayət işi açılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti